AZ

Adana hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin Adana Hava Limanına gələnsərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34 faizazalaraq, 3 milyon 120 min 925 nəfər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 35 faiz azalaraq, 2 milyon 508 min 755nəfər, beynəlxalq reyslər üzrə isə 31 faiz azalaraq 612 min 170nəfər təşkil edib.

2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq 32 min 37 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 36 faiz azalaraq, 23 min 247 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 34 faiz azalaraq, 8min 790 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı iləmüqayisədə 30 faiz azalaraq, 32 min 854 olub. Bununla yanaşı,daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 28 faizazalaraq, 27 min 987, beynəlxalq reyslər üzrə isə 40 faiz azalaraq4 min 867 olub.

2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Məqalədə:
Seçilən
12
26
az.trend.az

10Mənbələr