Bakı. Trend:
2024-cü ilin dekabr ayında Türkiyənin Van Hava Limanına gələnsərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faizartaraq, 1 milyon 629 min 801 nəfər olub.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 624 min 584nəfər, beynəlxalq reyslər üzrə isə 70 faiz artaraq 5 min 217 nəfərtəşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 15 min 986 ton təşkiledib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü iləmüqayisədə 8 faiz artaraq, 15 min 906 ton, beynəlxalq reyslər üzrəyük daşınması isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 80 tontəşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı iləmüqayisədə 11 faiz artaraq , 19 min 821 olub. Bununla yanaşı,daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faizartaraq, 19 min 728, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 93olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.