AZ

Diyarbəkir hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib

Bakı. Trend:

2024-cü ilin dekabr ayında Türkiyənin Diyarbəkir Hava Limanınagələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5faiz artaraq, 2 milyon 152 min 412 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat vəİnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 982 min 992nəfər, beynəlxalq reyslər üzrə isə 27 faiz artaraq 169 min 420nəfər təşkil edib.

2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 20 min 659 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 8 faiz artaraq, 17 min 215 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 28 faiz artaraq, 3min 443 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı iləmüqayisədə artım müşahidə edilməyib, 13 min 150 olub. Bununlayanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faizazalaraq, 11 min 979, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 1min 171 olub.

2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
1
26
az.trend.az

10Mənbələr