“Oğlum Fəridin azad olunmasında dövlət başçının çox böyük rolu olub. Buna görə cənab prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
"Cebheinfo.az" bildirir ki, bu sözləri İranda həbsdə olmuş tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlamasında bildirib.
“Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm! Xüsusi ilə bu məsələni daim diqqətdə saxlayan mediyaya təşəkkür edirəm!”-deyə D. Əsgərova bildirib.
O oğlunun qaytırlması ilə bağlı bəzi məqamları açıqlayıb:
“Yanvarın 18-də, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Mən istəyərdim daha tez olsun. Amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər.
Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”,-deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm”.
O bildirib ki, Fəridin başına gələnlər haqqında bütövlükdə danişsam düşünürəm ki, bir statusa siğmaz:
"Ona heç bir aiddiyəti olmayan mövzularla bağlı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Yapışıblar yaxasından ki, cavab ver: “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. İnsana ən çox təsir edəndə, bu vəhşilər uşağa əziyyət ediblər ki sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən. Halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi”.
SEPAH-ın istintagı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə) kiçik bir otagda tək-tənha edam təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yagdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir.
Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.
O, statusunu Fəridin sözləri ilə bitirib:
“İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi”.
"Cebheinfo.az"