AZ

Tramp husiləri yenidən terror təşkilatı elan etdi

ABŞ Prezidenti Donald Tramp Yəməndə husilər kimi tanınan İran dəstəkli “Ənsər Allah” təşkilatını yenidən terror təşkilatları siyahısına daxil etmək niyyəti haqqında bəyanat verib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.

“Bütün dünyada terrorçuları silahlandıran və təlimatlandıran İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri tərəfindən dəstəklənən husilər 2023-cü ildən bəri ABŞ hərbi gəmilərini dəfələrlə atəşə tutub və amerikalı hərbçilərin həyatına təhlükə yaradıb”.

Söhbət 2023-cü ilin oktyabrında Qəzza zolağında baş verən döyüşlərdən sonra paytaxtı Səna da daxil olmaqla, Yəmənin bəzi hissələrinə nəzarət edən husilər tərəfindən başladılan kampaniyadan gedir.

Husilər İsrail və onun müttəfiqləri ilə əlaqəli gəmiləri, o cümlədən gəmiçiliyi qorumaq üçün Yaxın Şərqə gələn Amerika döyüş gəmilərini hədəf almağa və ya ələ keçirməyə başlayıblar.

ABŞ və müttəfiqləri bu hücumlara husilərin bazalarını vurmaqla cavab verib. 

Trampın bəyanatı husilərin ABŞ tərəfindən “Əl-Qaidə”, İŞİD, HƏMAS və “Hizbullah” kimi terror təşkilatları siyahısına daxil edilməsi üçün rəsmi prosesin başlanğıcı hesab edilir. 

Seçilən
14
11
cebheinfo.az

10Mənbələr