AZ

"SEPAH terror təşkilatı kimi təyin olunmalıdır” - Fransa parlamenti

Dünən Fransa Milli Assambleyasının nümayəndələri yekdilliklə Fransa və Avropa İttifaqını SEPAH və ona bağlı qüvvələri, o cümlədə “Bəsic” və Qüds qanadının qüvvələrinin terror təşkilatları siyahısına salınmasına çağıran qətnamə qəbul ediblər. Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Qətnamədə İranda insanların yaşamaq hüququndan məhrum edilməsindən, işgəncə və pis rəftarlara məruz qalmalarından söz açılıb. Eyni zamanda, insan haqlarının pozulması, edam hökmünün qorxu aşılamaq üçün bir vasitə kimi istifadə edilməsi pislənib. Parlament üzvləri qətnamədə İran hökumətini bütün edamları dayandırmağa və etiraz aksiyalarında iştirak etdiklərinə, məcburi hicab taxmayanlara qarşı özbaşına həbslərin hamısına son verilməsi istənilib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
11
missiya.az

10Mənbələr