Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 5 medalın geri qaytarılması üçün Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq.Bu barədə “Qafqazinfo”ya Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib. O qeyd edib ki, həmin medallarda zədələr aşkar olunub. Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin, takevando üzrə gümüş mükafatçı Qaşım Maqomedovun, boks üzrə gümüş medalçı Alfonso Domingezin, yunan-Roma güləşi üzrə bürünc mükafatçı Həsrət Cəfərovun, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının geri qaytarılması nəzərdə tutulub.Komitə rəsmisi bildirib ki, indi buna hazırlıq gedir: “Yaxın günlərdə Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq”. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçı Maqomedxan Maqomedovun medalında isə hələlik problem aşkarlanmayıb. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalı geri qaytarılıb. Bir çox idmançı isə medalların yararsız vəziyyətə düşməsindən şikayət edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta