AZ

Parisdə qazandığımız bu medallar geri qaytarılır - RƏSMİ

"Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 5 medalın geri qaytarılması üçün Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq".
Bu barədə Manset.az-a Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib.  O qeyd edib ki, həmin medallarda zədələr aşkar olunub.  Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin, takevando üzrə gümüş mükafatçı Qaşım Maqomedovun, boks üzrə gümüş medalçı Alfonso Domingezin, yunan-Roma güləşi üzrə bürünc mükafatçı Həsrət Cəfərovun, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının geri qaytarılması nəzərdə tutulub. Komitə rəsmisi bildirib ki, indi buna hazırlıq gedir: “Yaxın günlərdə Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq”.  Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçı Maqomedxan Maqomedovun medalında isə hələlik problem aşkarlanmayıb. 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalı geri qaytarılıb. Bir çox idmançı isə medalların yararsız vəziyyətə düşməsindən şikayət edib. 

Seçilən
9
8
manset.az

8Mənbələr