AZ

Parisdə qazandığımız medallar geri qaytarılır

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı 5 medalın geri qaytarılması üçün Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib. 

O qeyd edib ki, həmin medallarda zədələr aşkar olunub. 

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin, takevando üzrə gümüş mükafatçı Qaşım Maqomedovun, boks üzrə gümüş medalçı Alfonso Domingezin, yunan-Roma güləşi üzrə bürünc mükafatçı Həsrət Cəfərovun, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarının geri qaytarılması nəzərdə tutulub.

Komitə rəsmisi bildirib ki, indi buna hazırlıq gedir: “Yaxın günlərdə Oyunların Təşkilat Komitəsinə müraciət olunacaq”. 

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçı Maqomedxan Maqomedovun medalında isə hələlik problem aşkarlanmayıb. 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının medalı geri qaytarılıb. Bir çox idmançı isə medalların yararsız vəziyyətə düşməsindən şikayət edib. 

Seçilən
12
8
operativmm.az

8Mənbələr