AZ

İstanbulda PKK/KCK üzvü terrorçu yaxalanıb

2015-2016-cı illərdə Mardinin Nusaybin rayonunda terror təşkilatı PKK/KCK adına silahlı fəaliyyətlər həyata keçirdiyi iddia edilən şübhəli İstanbulda yaxalanıb. Şübhəli, əməliyyat-axtarış tədbirlərinin ardından məhkəmə tərəfindən həbs edilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ərzurum vilayət təhlükəsizlik müdirliyi tərəfindən verilən açıqlamaya görə, kəşfiyyat və terrorla mübarizə şöbəsi qrupları terror təşkilatı PKK/KCK-nın hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi və qarşısının alınması istiqamətində işlərini davam etdirir.

Bu çərçivədə 2015-2016-cı illərdə Mardinin Nusaybin rayonunda Hendek-Barrikada hadisələri zamanı terror təşkilatı PKK/KCK adından silahlı fəaliyyətlər həyata keçirdiyi və təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçdiyi aşkarlanan V.A. İstanbulda yaxalanıb.

QAZİLER.AZ

Seçilən
27
48
qaziler.az

10Mənbələr