Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından paylaşım edərək bildirib ki, Polis və Jandarma tərəfindən 24 bölgədə İŞİD terror təşkilatına qarşı son bir həftədir davam edən "GÜRZ-41" və "GÜRZ-42" əməliyyatlarında 100 şübhəli terror təşkilatı üzvü ələ keçirilib.
Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən bildirir ki, nazir əlavə edib ki, “Terroru qaynağında yox etmə” strategiyası ilə Polis, Jandarma və Kəşfiyyat birliklərilə terror təşkilatına qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.