AZ

Türkiyədə PKK/KCK-ya qarşı əməliyyatda 200-dən çox adam saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin 43 şəhərində PKK/KCK terror təşkilatına qarşı son iki həftədə keçirilən genişmiqyaslı "GÜRZ-39" və "GÜRZ-40" əməliyyatları nəticəsində 240 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın nəticələrini sosial media hesabında paylaşıb.

"Terrorsuz Türkiyə məqsədimizə çatmaq və millətimizin sülh, birlik və həmrəyliyini təmin etmək üçün bu torpaqlardan terrorun hər növünü məhv etmək əzmindəyik." -deyə o bildirib.

Təşkilat PKK/KCK-nın gənclik, ideoloji və maliyyə strukturlarında fəaliyyət göstərən, sosial media vasitəsilə təbliğat aparan və təşkilatlanmaya cəhd edən şəxslərdən ibarət olub. Saxlanılanlar arasında həbs cəzası almış və axtarışda olan şəxslər də var.

Əməliyyatlar zamanı lisenziyasız silahlar, təşkilati sənədlər və müxtəlif rəqəmsal materiallar ələ keçirilib. Şübhəlilərin terror təşkilatına dəstək məqsədilə sosial mediadan istifadə etdikləri aşkarlanıb.

Seçilən
26
48
turkic.world

10Mənbələr