AZ

Paşinyan dünya liderlərinə səsləndi: “Türkiyə ilə yaxşı diplomatiya gələcəyimizin təminatıdır”

\"Türkiyə ilə diplomatik əlaqələrin qurulması regional sülh və sabitlik üçün mühüm addımdır\".
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
 
Paşinyan bildirib ki, sülhə diqqət yetirmək Ermənistanın prioritet gündəliyidir:

\"Biz Türkiyə ilə diplomatik əlaqələr qura bilməliyik”, - deyən Paşinyan Ermənistanın bu məsələ üzərində işləməyə davam etdiyini qeyd edib. Məsələ ilə bağlı optimist və ya bədbin olmadığını bildirən Paşinyan problem həllini tapana qədər çalışmalı olduqlarını dilə gətirib:
 
\"Bilirəm ki, problem həll olunana qədər çalışmaq lazımdır. Bu, regionda sülhün bərqərar olması üçün şərtdir. İnanıram ki, dəstəyimizlə hədəflərimizə çatacağıq\".
  
Mikayıl
Seçilən
10
50
azxeber.com

10Mənbələr