“İrəvan Avropa İttifaqı, Rusiya və İranla tarazlı münasibətlər qurmağa çalışır. Ermənistanın İranla münasibətləri çox vacibdir”.
“Cebheinfo.az” “Ana.ir” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Davos forumundakı çıxışında bildirib.
Çıxışında İranla əlaqələrin vacibliyini vurğulayan Nikol Paşinyan qeyd edib ki, regional güclərlə tarazlı münasibətlərin qurulması üçün səylər göstərilir. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışır.
“Biz Azərbaycanla sülh sazişi bağlamağa çalışırıq və bu, əlbəttə ki, asan deyil. Ancaq digər tərəfdən, mümkünsüz də deyil... İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa qərar verib, ancaq biz hər zaman İranla öz mövqelərimizi bölüşürük”, - deyə Paşinyan əlavə edib.
“Cebheinfo.az”