İrəvanın Zakyan küçəsində yerləşən “Vibe” kafesində “Rijulya” adlı istifadəçi adı olan rusiyalı transseksual “Tik Tok” platformasında canlı yayıma çıxıb və kafenin içərisində cinsi təhqirlər səsləndirib. O, efirdə erməniləri təhqir edib və söyüb. Bundan sonra kafeyə daxil olan 6-7 gənc onu döyüblər.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Polislər sözügedən kafedə 22 yaşlı Rusiya vətəndaşı “Rijulya” ləqəbli Kirill Atayevi xuliqanlıqda əsaslı şübhə ilə tutaraq mərkəzi polis idarəsinə təhvil veriblər.
Faktla bağlı mərkəzi polis idarəsində sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Kentron və Nork Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsinə təhvil verilib.
Qeyd edilir ki, bu rus tiktoker ilk dəfə deyil ki, İrəvanda qalmaqalın mərkəzində görünür.