“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib "Körpü-Bina-Tikinti" MMC-dir. Şirkətin təklifinin qiyməti 29 milyon 983 min manatdır. Ehtimal olunan qiymət 32 milyon 321 min manat idi.
"Körpü-Bina-Tikinti" MMC-nin sədri Xəlil Göyüşovdur.