Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətləri Publik Hüquqi Şəxsi və "KÖRPÜ-BİNA-TİKİNTİ" MMC arasında müqavilə bağlanıb.
Valyuta.az- ın dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, müqavilə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini əhatə edir.
Görüləcək işlər üçün 29 milyon 983 min 233 manat vəsait ayrılıb.
Qeyd edək ki, «Körpü-Bina-Tikinti» MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Xəlil Göyüşovdur.
Maya Hüseynova