AZ

Cahangirbəylidə daha bir layihənin icrasına başlanılır – 2 milyon manat ayrıldı

Bakı. Trend:

Azərbaycanın azad olunmuş şəhər və rayonlarında bərpa-quruculuqişləri sürətlə davam etdirilməkdədir.

Trend-in əldəetdiyi məlumata görə, bu tədbirlərin davamı kimi Zəngilan rayonununCahangirbəyli kəndində daxili kommunikasiya (köməkçi obyektlərintikintisi) işlərinin həyata keçirilməsinə başlanılır.

Belə ki, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işləriniyekunlaşdırıb.

Məlumata görə, kənddə daxili kommunikasiya (köməkçi obyektlərintikintisi) işləri yaşayış məntəqəsinin yenidən qurulması layihəsiçərçivəsində icra olunacaq.

Qurum sözügedən işlərin icrasını “Az Technocon Group” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, şirkətə 2 milyon manat ödənilib.

Xatırladaq ki, bir neçə müddət əvvəl kənd yaşayış məntəqəsindəqaz, su, elektrik, eləcə də yol,səki və yaşıllaşdırma işləri start götürüb.

Qeyd edək ki, Cahangirbəylidə müvafiq işlərin həvalə olunduğu“Az Technocon Group” (MMC) 2020-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi AcalovElşad Ağakişi oğludur.

Seçilən
4
13
az.trend.az

10Mənbələr