“Əl-Hilal” “Liverpul”un hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.
Referans.az lent.az-a istinadən bildirir ki, Səudiyyə klubu 32 yaşlı futbolçu üçün böyük şəxsi təklif hazırlayır. “Əl-Hilal”ın Salaha təklif edəcəyi müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.
Yanvar ayında misirli hücumçu “Liverpul”da son ilini keçirməyi düşündüyünü dilə gətirib. Onun İngiltərə komandası ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
2024/25 mövsümündə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 22 qol və 17 məhsuldar ötürmə edib. O, 2017-ci ildən mersisaydlılar üçün oynayır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta