AZ

Anrini arxada qoydu

Premyer-liqanın “İpsviç” ilə oyunu Məhəmməd Salah üçün əlamətdar olub.

O, komandasının 4:1 hesablı qələbəsində bir qolla rol oynayıb. Misirli hücumçu premyer-liqadakı qollarının sayını 176-ya çatdırıb. Məhəmməd fransalı Terri Anrini arxada qoyaraq liqanın ən yaxşı bombardirlərinin siyahısında 7-ci yerin yeganə sahibi olub.

O, bombardirlərin siyahısında əvvəlki kimi Alan Şirer (260), Harri Keyn (213), Ueyn Runi (208), Endi Koul (187), Serxio Aquero (184) və Frenk Lemparddan (177) geri qalır.

Seçilən
19
5
football-plus.az

10Mənbələr