Ukrayna nüvə silahından imtina etməməli idi.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində deyib.
Prezident düşünür ki, Ukrayna Budapeşt Memorandumuna istinad edərək, nüvə arsenalından imtina etməməli idi. Belə ki, memoranduma nə Rusiya, nə də Qərb əməl edir.
“Nüvə silahından imtina etməyimiz absurd və tamamilə məntiqsiz idi”, - deyə Zelenski bildirib.
Müəllif: Arzu