İranın xarici işlər naziri Abbas Araqçı “Sky News” telekanalına müsahibəsi zamanı İsrail və ABŞ-ı İranın nüvə obyektlərinə hücum etməmək barədə xəbərdarlıq edib.
GünazTV xəbər verir ki, bu barədə "The Times of İsrael" məlumat paylaşıb.
"Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qətiyyətli cavabla üzləşəcək", - Araqçı bildirib. Lakin Araqçı İsrail və ABŞ-ın belə bir addım atacağına şübhə ilə yanaşır.
İsrail nümayəndələri ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasının ardından İsrailə İranın nüvə obyektlərinə zərbə endirməsinə yaşıl işıq yandıracağına ümid edir.
Bununla belə, Tramp Tehranın nüvə proqramını hərbi yolla deyil, diplomatik yolla həll etməyə ümid etdiyini bildirib və hərbi güc olmadan hər şeyi həll etməyin “həqiqətən yaxşı olacağını” deyib.
İranlı diplomat həmçinin İsraillə müharibələr zamanı Həmas və Hizbullahın proksi qruplarına vurulan ağır zərbələrə də toxunub.
Əraqçı etiraf edib ki, Həmas və Hizbullah ciddi zərər görüb. Buna baxmayaraq Araqçı iddia edib ki, terror təşkilatları yenidən canlanmağa çalışır.
visiontv.az