İranın sabiq dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmül-Huda vəzifəsindən uzaqlaşdırılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, Mədəni İnqilab Ali Şurasının katibi Əbdülhüseyn Xosropənah bazar ertəsi sərəncamı ilə Cəlal Musəvi Xatiri Təhsil Qərargahının rəhbəri təyin edib. Əvvəllər bu vəzifəni helikopter qəzasında həlak olmuş İranın keçmiş prezidenti İbrahim Rəisinin həyat yoldaşı tuturdu.