AZ

İbrahim Rəsinin xanımı istefaya göndərildi

İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah Cəmilə Alamolhodanı Şura yanında Təhsil üzrə Qərargahın rəhbəri vəzifəsindən kənarlaşdırıb.

Demokrat.az  "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, onun yerinə Cəlal Musəvi Xatir təyin edilib.

Qeyd edək ki, Cəmilə Alamolhoda helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin həyat yoldaşıdır.

Seçilən
5
3
demokrat.az

10Mənbələr