Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada nümayişçilər ABŞ səfirliyinin qarşısında təkər yandıraraq ölkənin şərqindəki gərginliyin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb edirlər.
"İki sahil” bu barədə “Actualite”yə istinadən xəbər verir.
"Nümayişçilər ölkənin şərqində baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin daha fəal iştirakını tələb etmək üçün bu gün səhər saatlarında ABŞ-nin Kinşasadakı səfirliyinin qarşısında toplaşıblar. Hüquq-mühafizə orqanları hər hansı iğtişaşın qarşısını almaq üçün binanın ətrafında təhlükəsizlik perimetri yaradıb", - nəşr qeyd edib.
Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.
Aksiyaların səbəbi ölkənin şərqindəki vəziyyətlə bağlıdır. Burada əvvəllər Ruandanın dəstəklədiyi üsyançılar Qoma şəhərini ələ keçirib və atışma nəticəsində daha dörd cənubi afrikalı sülhməramlı həlak olub.