ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti, Ukrayna üçün Birləşmiş (U4U) proqramı çərçivəsində ukraynalı qaçqınların ölkəyə girişi üçün müraciətləri dayandırdığını açıqlayıb.
Korrespondent.az "Kommersant"a istinadla xəbər verir ki, səlahiyyətlilər U4U proqramının şərtlərini qiymətləndirməyincə heç bir müraciət qəbul edilməyəcək.
Prezident Donald Trampın 20 yanvar 2025-ci il tarixli "Sərhədlərimizin mühafizəsi" haqqında sərəncamı ilə əlaqədar olaraq ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti I-134A formasının (U4U-da iştirak üçün ərizə) qəbulunu dayandırır" -deyə, bildirişdə deyilir.
Xatırladaq ki, Bayden tərəfindən təqdim edilən proqramın dayandırılması barədə yanvarın 24-də "The New York Times" xəbər verib. Qəzetin məlumatına görə, 2023-cü ilin sentyabrına qədər ABŞ-a gələn 150 mindən çox Ukrayna vətəndaşı proqramdan yararlanıb.