AZ

ABŞ 600 min venesuelalı miqrantı deportasiyadan qoruyan statusu ləğv edib

ABŞ hökuməti 600 min venesuelalı miqrantı deportasiyadan qoruyan proqramın vaxtını uzatmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News”a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Co Bayden administrasiyası yanvarın 10-da müvəqqəti qorunan status proqramlarının müddətini 2026-cı ilin oktyabrına qədər uzadıb: “Nəticədə bu, insanların ölkəmizdə qalmasına və qanunlarımızı pozmağa davam etməsinə imkan verib”.

ABŞ prezidenti Donald Tramp 2012-ci ildən bəri ölkəyə gələn Venesuela vətəndaşları ilə bağlı bütün sığınacaq işlərinin hərtərəfli araşdırılmasını tələb edən fərman imzalayıb. O hesab edir ki, hazırda ABŞ-də yaşayan venesuelalıların 90%-i ölkələrində həyatlarının təhlükədə olması barədə yalan danışıb.

Seçilən
3
2
tribunainfo.az

10Mənbələr