AZ

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Ukrayna qaçqınlarından daxil olan müraciətləri dayandırdı

Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidməti Ukrayna qaçqınlarından daxil olan müraciətləri dayandırdığını açıqlayıb.

Səlahiyyətlilər U4U proqramının şərtlərini qiymətləndirməyincə heç bir müraciət qəbul edilməyəcək. “Prezident Donald Trampın 20 yanvar 2025-ci il tarixli “Sərhədlərimizin mühafizəsi” haqqında sərəncamı ilə əlaqədar olaraq, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti I-134A formasının (iştirak üçün ərizə) qəbulunu dayandırır”, – bildirişdə deyilir.

Əvvəlki prezident Co Bayden tərəfindən təqdim edilən proqramın dayandırılması barədə yanvarın 24-də “The New York Times” xəbər verib. Qəzetin məlumatına görə, 2023-cü ilin sentyabrına qədər ABŞ-a gələn 150 mindən çox Ukrayna vətəndaşı proqramdan yararlanıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
2
editor.az

10Mənbələr