AZ

O müşahidəçilərin orda edəcəyi bir şey yoxdur -ÖZƏL

"Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahidəçilər"i yenidən fəallaşıb nə edəcəklər ki, yəni bizim torpağımıza hücum edəcəklər? Təbii ki, edə bilməzlər, bunu etməyəcəklər də".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Sadəcə ermənilərə "qorxmayın, biz burdayıq" demək üçün ordadırlar. Bu da bizi narahat edirmi? Belə götürəndə böyük hesabla narahat etmir. Sadəcə olaraq narazılığımız var. O da ondan ibarətdir ki, bu "müşahidəçilər" əslinə qalanda sadəcə sərhədi müşahidə etmirlər, onlar durbinlərlə Azərbaycan ərazisini nəzarət altında saxlayırlar. Bax, bu bizi əlbəttə, narahat edir, yəni qanunsuz fəaliyyətlə məşğuldurlar. Yəqin ki, Azərbaycan dövləti "müşahidəçilərin" kimliyi haqqında məlumatları toplayır, müvafiq zamanda müvafiq tədbirlər görüləcək. Ona görə də məsləhət görərdik ki, bu "müşahidə" missiyasında iştirak edənlər bir az ağıllı olsunlar, düşünsünlər. Çünki onların oradakı qanunsuz davranışları sabah başlarında çatlayacaq. Azərbaycan dövləti elə-belə dövlət deyil. Yəni bizim dövlətimiz hər kəsin harada, nə işlə məşğul olduğunu yaxşı müşahidə edir, lazımlı məlumatları toplayır və zamanı çatanda da hüquq müstəvisində ona uyğun davranışlar sərgiləyir. Ona görə də mən düşünürəm ki, o dırnaqarası missiyada iştirak edənlər nəinki fəallıqdan imtina etməli, ümumiyyətlə, orada olduqlarının bir yanlış olduğunu dərk etməli və çıxıb getməlidirlər. Ermənistana hücum etsək belə, lap nəzəri olaraq deyirəm, onlar bizə neyləyəcəklər ki? Qarşımızı kəsəcəklər? Kəsə bilməzlər, yaxud da nəsə baş versə belə, onlar nə ilə sübut edəcəklər ki, kim haqlıdır, kim haqsızdır. Elə bu son vaxtlarda Ermənistan tərəfindən üzü Azərbaycana atəşkəs pozuldu. Yəni kim nəyi sübut edir, necə sübut edir, nə ilə sübut edir? Yəni o müşahidəçilərin orda edəcəyi bir şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
39
olaylar.az

10Mənbələr