AZ

Şəhid övladları ilk səslərini verdilər -ÖZƏL

"Şərq" qəzeti olaraq seçkiləri izləmək üçün getdiyimiz 161 nömrəli orta məktəbin nəzdində təşkil olunmuş 16 saylı Yasamal II Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində kövrək, bir o qədər də qürurverici hadisədə yaşadıq. Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərovun və şəhid, polkovnik-leytenant Həmdəm Ağayevin övladları da səs vermək üçün 8 saylı seçki məntəqəsinə gəlmişdilər. Qəhrəman hərbçimiz Mehman Qənbərov Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib, oktyabrın 1-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və qəhrəmanlıq nümunəsinə görə, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və digər medallarla təltif olunub. 

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Həmdəm Ağayevdir. Birinci Qarabağ müharibəsinin də iştirakçısı olmuş Həmdəm Ağayev Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

16 saylı Yasamal II Seçki Dairəsinin 8 saylı seçki məntəqəsinin sədri Əsmər Eyvazova deyib ki, qəhrəman şəhidimiz Mehman Qənbərovun 18 yaşı tamam olmuş övladı - oğlu Nurlan Qənbərov və polkovnik-leytenant Həmdəm Ağayevin qızı Arzu xanım Həmdəmova ilk dəfə səsvermə hüquqlarından istifadə edəcəklər: 

"Vətənə, millətə xeyirli olsun. Arzu edirəm ki, hər zaman fəal olsunlar, digər gənclərimizə də örnək olsunlar". 

Məntəqə sədri Əsmər Eyvazova xüsusi hazırlanmış hədiyyələri şəhid övladlarına təqdim edib.
Seçilən
3
50
sherg.az

10Mənbələr