AZ

Zukerberq Trampa qonşu olmaq istəyir

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq ABŞ prezidenti Donald Trampla daha sıx əlaqələr qurmaq məqsədilə Vaşinqtonda əmlak almaq imkanlarını araşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" qəzeti yazıb.

Nəşrin mənbələri bildirib ki, sahibkar süni intellekt də daxil olmaqla, biznesi üçün getdikcə daha vacib olan sahələrdə tənzimləmələrə təsir göstərməyə çalışır.

Artıq potensial potensial obyektin tapıldığı bildirilir. Həmin mülkü alsa, Zukerberq Ağ Evin yaxınlığında yaşamaq üçün daşınmaz əmlak axtaran digər "Silikon Vadisi" sahibkarlarına qoşulacaq.

Bundan əvvəl "Tesla" və "SpaceX"in qurucusu, Trampın rəhbərliyi altında Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask öz ofisinin Oval Ofisdən bir neçə metr aralıda yerləşməsini arzuladığını bildirib. Bununla belə, Ağ Evin aparat rəhbəri Syuzi Uaylz bu ideyaya qarşı çıxıb.

Seçilən
0
9
bakivaxti.az

9Mənbələr