AZ

Mark Zukerberq Vaşinqtonda əmlak almaq istəyir – FT

 “Meta” şirkətinin rəhbəri Mark Zukerberq Vaşinqtonda daşınmaz əmlak almaq imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nəşri yayıb.

Nəşr yazır ki, bu addım onun süni intellekt sahəsində tənzimləmələrə təsir göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Zukerberq artıq Kaliforniya və Havay adalarında əmlaka sahibdir. Əgər bu sövdələşmə baş tutarsa, o, hökumətlə əlaqələrini gücləndirən digər texnologiya liderlərinə qoşulacaq.

O, Meta-nın süni intellekt sahəsində inkişafına böyük diqqət ayırır və bu sahəyə 65 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır. Bundan əlavə, o, kontent moderasiya siyasətini yenidən nəzərdən keçirib və şirkətinə respublikaçılara yaxın şəxsləri təyin edib.

Məlumata görə, Donald Trampın inauqurasiyasında Zukerberq Amazon-un rəhbəri Ceff Bezosla yanaşı oturub.

Seçilən
1
9
ictimairey.az

9Mənbələr