AZ

Ötən il 25 ölkəyə 23,6 milyon ton neft ixrac olunub

2024-cü ildə Azərbaycan dünyanın 25 ölkəsinə 14 milyard 437 milyon 355,99 min dollarlıq 23 milyon 596 min 132,23 ton neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Komitənin hesabatına əsasən, ötən il İtaliyaya 6 milyard 754 milyon 416,21 min dollar dəyərində 10 milyon 950 min 355,57 ton neft ixrac edilib. Bununla da, İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə birinci olub. Ölkəmizin ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 milyard 81 milyon 932,85 min dollar dəyərində 1 milyon 770 min 234,87 ton neft ixrac olunub. Siyahıda ilk üçlüyü isə Xorvatiya tamamlayıb. Belə ki, il ərzində bu ölkəyə 873 milyon 398,61 min dollarlıq 1 milyon 436 min 178,46 ton neft göndərilib. 

Bununla yanaşı, Hindistan, Almaniya, İsrail, Portuqaliya, Rumıniya, Böyük Britaniya, Türkiyə və digər ölkələr də Azərbaycan neftinin əsas idxalçıları sırasında yer alıblar.

Xatırladaq ki, hesabatda qeyd olunan göstəricilərdə yanvar-noyabr aylarında gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Seçilən
8
1
xalqqazeti.az

10Mənbələr