Demokrat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
"Bununla bağlı, "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub.
Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ", - deyə Agentlikdən bildirilib.
Vuğulanıb ki, dərmanların qiymətinə gəlincə, eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər.
"Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi məbləği isə fərqli ola bilər.
10Mənbələr
-
xezerxeber.azYenilənən xidmətlər zərfində icbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR VİDEO ( 15150983)
-
visiontv.azİranda tibbi avadanlıqların qiyməti 10 dəfə bahalaşdı ( 15137683)
-
banker.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15136797)
-
demokrat.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15132545)
-
konkret.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15132293)
-
gundem.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15132207)
-
bizim.mediaBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15132019)
-
yenicag.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq ( 15131937)
-
qlobal.netBu dərmanlar xəstələrə pulsuz veriləcək ( 15131885)
-
fed.azBu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq - RƏSMİ ( 15131687)