AZ

İranda tibbi avadanlıqların qiyməti 10 dəfə bahalaşdı

Rəsmi məzənnənin artması ilə tibbi ləvazimatların idxal qiyməti 10 dəfədən çox artıb və xəstəxanaların onları almağa imkanı yoxdur.

Bu barədə İran parlamentinin üzvü Hüseyn Səmsami məlumat verib.

"Ürək qapaqları kimi cihazların qiyməti 105 milyon tüməndən bir milyard tümənə qədər artıb, xəstələr və sığorta bunu ödəmək gücündə deyil",- o bildirib.

Səmsami, bununla yanaşı, "ST Skan Anjio 256" cihazlarının da 2 dəfədən çox artımla 28 milyard tüməndən 67 milyard tümənə yüksəldiyini söyləyib.

Qeyd edək ki, bununla yanaı İranda dərman qiymətləri də bir neçə dəfə bahalaşıb və zəruri dərmanların əldə edilməsi çətinləşib.

visiontv.az



Seçilən
0
50
visiontv.az

10Mənbələr