"Avropa Birliyinin Ermənistandakı "mülki" missiyasının orada qalmasının 2027-ci il fevralın 19-dək uzadılması o deməkdir ki, başında Makron Fransasının durdğu çevrələr bizim regiondakı indiki vəziyyətin ən azından daha iki il dəyişməməsinə çalışırlar. Yəni onlar bununla Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasının, əlaqələrin normallaşmasının qarşısını almağı düşünürlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Nikol Paşinyana gəldikdə, o da gözəl bilir ki, Makronun missiyası Ermənistanın təhlükəsizliyini təmin etmək üçün orada deyil. Çünki nə Azərbaycanın qərbdəki bəzi çevrələrin təqdim etməyə çalışdıqları kimi Ermənistanda torpaq ələ keçirmək planı var, nə də belə bir niyyətə düşdüyü halda həmən missiya onun qarşısını alacaq gücdədir. Ermənistan baş naziri bu razılaşmaya daha çox qarşıdakı parlament seçkisində partiyasının qələbəsini təmin edəcək faktorlardan biri kimi yanaşır. Bir sözlə, göründüyü kimi Paşinyan sülhün yox, hakimiyyətini qoruyub saxlamağın peşindədir ki, bu da ona və ölkəsinə çox baha başa gələ bilər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31