AZ

Paşinyan vaxt uzatmaqla məşğuldur...

Image

Mətləb Salahov: “Bölgədə Azərbaycan amili həlledici faktordur”

 Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük müharibədən artıq dörd ildən çox vaxt keçib. Bu müddətdə məğlub Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiya aktından sonra sanki sülh əvəzinə müharibə üçün fürsət axtarır. Rəsmi İrəvanın bu müddət ərzində daha çox Qərb dairələrinin bölgədəki maraqları üçün marionet rejimə çevrilməsi də diqqətlərdən yayınmır. Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında Ermənistan rəhbərliyinin Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə başqa yollara baş vurduğunu, proseslərə səmimi olmadığını bildirib. M.Salahov qeyd edib ki, rəsmi İrəvan vaxt qazanmaq üçün qeyri-real və məntiqsiz  “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və bunun ətrafında manipulyasiyalar etməklə məşğuldur. “Normal siyasət biliyi olan hər kəsə gözəl aydındır ki, hazırda Azərbaycan faktoru bölgədə müəyyənedicidir. Yəni rəsmi Bakının iştirak etmədiyi və yaxud razılaşmadığı istənilən təşəbbüs mənasız, qeyri-ciddi kağız parçasından başqa heç bir önəm daşımır. Fransanın, Avropa İttifaqının və digərlərinin təzyiqlərinə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq əsasında prinsipial mövqeyini qorumağa davam edir. Ölkəmiz öz milli maraqlarını fəal şəkildə müdafiə edir, ədalət və sabitliyə sadiqliyini nümayiş etdirir. Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında mühüm bir aktor olaraq çıxış edir, sülhməramlı təşəbbüslərdə fəal iştirak edir, eləcə də, azadlıq və ədalət uğrunda mübarizə aparan məzlum xalqları dəstəkləyir. Bu siyasət Azərbaycanı beynəlxalq arenada ikili standartlarla qarşılaşan bir çox ölkə üçün nümunə halına gətirir.
 N.Paşinyan höküməti isə, “Sülh kəsişməsi” kimi lazımsız “layihələri” ortaya atmaqla situasiyanı dəyişdirmək, siyasi proseslərə əlavə “oyunçular” cəlb etməklə gedişatı dəyişməyə can atır. Baxın, Ermənistan dövlət olaraq 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəlikləri ən məntiqsiz bəhanələrlə yubandırmağa, Azərbaycanla sülh sazişi imzalamamaq üçün yüz yola baş vurmağa, ən pis ssenari kimi isə, bölgədə geosiyasi maraqları olan güclü dövlətlərin diktəsi və dəstəyi ilə sürətlə silahlanmağa çalışır. Bu proses sülh sazişinə olan ümidləri də risqə atır.
 Diqqət edək: sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbi olan Ermənistanın konstitutsiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması, beynəlxalq hüquqa əsaslanan yeni konstitusiya qəbulu və ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğvi ilə bağlı müraciətə hələ də əməl olunmur. N.Paşinyan rejiminin ölkədaxili vəziyyəti də ürəkaçan deyil. Ermənistanda güclənən daxili gərginlik, iqtisadi böhran, ölkəni tərk edənlərin sayının çoxalması, yüksək vəzifəli məmurlar arasında istefaların artması Paşinyan hakimiyyətinə qarşı etirazları hər gün gücləndirir. Ermənistan daxilindəki bu cür narazılıqlar dalğası 2026-cı ildə ölkədə keçiriləcək parlament seçkilərinin asan olmayacağını göstərir. Müharibə cinayətlərində əli qana batmış keçmiş prezidentlərin yaratdıqları qruplaşmalar, həmçinin onlar arasında güclənən rəqabət də nəzərə alınsa, Hayastanda baş verən hadisələrin sonunu təsəvvür etmək çətin deyil. Məhz N.Paşinyanın Azərbaycanla münasibətləri yoluna qoymaq əvəzinə, məhz daixili auditoriyaya hesablanmış yanlış addımları sıralamaqda davam edir. Açıq şəkildə görünür ki, cəmi bir il öncə Ermənistandakı xunta təfəkkürünü və baş verənlərə ictimai baxışı dəyişmək hədəfi götürmüş N.Paşinyan, deyəsən bu “islahat təşəbbüsündən” yorulub və artıq ancaq öz hakimiyyətinin hayına qalmaq yolunu seçib. Açıq görünür ki, küçə etirazları dalğasında hakimiyyətə əyləş(dirilən)miş balacaboy Nikol, artıq eyni proseslə özünün də vurulub hakimiyyətdən salınmasından bərk qorxur. Həttda Qərbdəki dəstəkçiləri ona ürək-dirək versələr də.

Ermənistanın 10 noyabr razılşamasında üzərinə götürdüyü məsələlərdən biri də nəqliyat kommunikasiya barədə olub. Amma baxın görün heç rəsmi İrəvan bu məsələ barədə bircə kəlmə müsbət yanaşma göstərirmi? Qəti! Hazırkı Ermənistan hakimiyyəti digər öhdəlikləri kimi bu məsələdə də ikili oyun nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirlər kifayət qədər önəmli xarakter daşıyır. Cənab Prezidentin dediyi kimi, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Əlbətdə, bu proses geci-tezi baş verəcək. Çünki bu Azərbaycanın haqlı tələbidir. Nəzərə alsaq ki, hazırda Zəngəzur dəhlizi barədə artıq ən aparıcı media orqanları və siyasi çevrələrdə müzakirə və mübahisələr aparılır, demək ki, bölgə cəmiyyəti bu prosesin labüdlüyü barədə daha geniş təsəvvürə malikdir və hər keçən gün bu dəhlizin bölgənin iqtisadi-kommunikasiya imkanlarını yüksəltmək üçün vacib xarakter daşıdığı aydın şəkildə hiss olunur. Mən düşünürəm ki, N.Paşinyan rejiminin Ermənistanı marionet dövlət halına salması belə, Azərbaycanın haqlı tələblərinin və bölgənin istisadi inteqrasiyası üçün son dərəcə vacib layihələrin reallaşmasına mane ola bilməyəcək.”

Namiq Quliyev






Seçilən
9
50
baki-xeber.com

10Mənbələr