Akif Nağı: ""Overçukun fikirləri reallıqları əks etdirir və bununla Rusiya öz gücsüzlüyünü etiraf edir"
Bəlli olduğu kimi, 2021-ci ilin yanvar ayında yaradılmış Azərbaycan-Rusiya-Ermənistan Üçtərəfli komissiyası dörd ildir ki, formal olaraq "mövcudluğ"unu qoruyub saxlayır.
Jurnalistlərə açıqlamasında Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli qrupun işi formal olaraq dayandırılsa da, hazırda ikitərəfli formatda qarşılıqlı fəaliyyət davam edir: “Bu mövzuda vaxtaşırı söhbət aparırıq, lakin üçtərəfli formatda deyil, necə deyərlər, təkbətək. Həmkarlarım delimitasiya və demarkasiya üzrə komissiya çərçivəsində mütəmadi olaraq görüşürlər. Orada iri miqyaslı və pozetiv irəliləyiş əldə olunub”.
Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan delimitasiya və demarkasiya üzrə komissiya vasitəsilə fəal işlər aparırlar. “Artıq sərhədin bir hissəsi müəyyən edilib, Gürcüstanla kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba prosesi davam etdirmək barədə razılığa gəlinib”, - deyə Aleksey Overçuk qeyd edib.
Göründüyu kimi Rusiya rəsmiləri də etiraf edir ki, sözügedən komissiya işləmir. İşləməyən komissiyanın saxlanmasına nə ehtiyac var? Ola bilərmi ki, bu komissiya yaxın vaxtlarda ləğv edilsin?
Məsələ isə bağlı Bakı-Xəbər qəzetinin sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, Rusiyanı baş naziri müavinin bu cür etirafı kifayet qədər diqqət çəkən məqamdır: "Onun fikirləri reallıqları əks etdirir və bununla Rusiya öz gücsüzlüyünü, zəifliyini etiraf edir. Bilirsiniz ki, 2021-ci ilin yanvar ayında baş tutan görüşdə üçtərəfli komissiya yarandı və yaranandan da onun elə ciddi bir fəaliyyəti olmayıb. Rusiya bu komissiya vasitəsi ilə regionda baş verənləri nəzarətdə saxlamaq niyyətində idi. Amma o dövrdən keçən müddət ərzində bu komissiya ciddi bir nəticə ortaya qoya bilməsi, eyni zamanda Rusiyanın mövqei regionda zəiflədi.
Rusiyanın mövqeinin regionda zəifləməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə reallaşdı. Rusiya regionda çox iddialı idi - regionda sülhməramlı kontingent saxlayırdı, Laçın dəhlizinə nəzarət edirdi və s.. Azərbaycanın apardığı ardıcıl siyasət nəticəsində bəlli oldu ki, Rusiya sülhməramlı qüvvələrinə regionda ehtiyac yoxdur və onlar ötən ilin may-iyul aylarında ölkədən çıxarıldı.
Hazırda Ermənistanda da Rusiyanin mövqei zəifləyir, bu da müəyyən mənada Azərbaycanın siyasəti ilə bağlıdır. Yəni Azərbaycan Rusiyanın regionda təsir imkanlarını zəiflətdikcə Ermənistan da analoji addımlar atir.
Rusiya sərhədçiləri Zvartnos hava limanından çıxarıldı, İran-Ermənistan sərhəd-keçid məntəqəsindən uzaqlaşdırıldı, indi isə deyirlər ki, İran-Ermənistan və Ermənistan-Türkiyə sərhəddini fevral ayından Amerika sərhədçiləri qoruyacaq.
Bu komissiyanın taleyinə gəldikdə, Azərbaycan il yarım əvvəl bəyan edib ki, ikitərəfli münasibətlərə, yəni üçüncü tərəfin iştrakı olmadan danışıqların aparılmasına və qərarların qəbul edilməsinə üstünlük verir. Azərbaycan tərəfi həm Rusiyanı, həm də Avropanı danışıqlardan təcrid etmək niyyətindədir, buna nail olub da... Ermənistan isə Azərbaycanın bu mövqei ilə razılaşmaq məcburiyyətindədir. Ona görə də hazırda Rusiya, Avropa və Amerika danışıqlar prosesində kənarda qalıblar. Onlar kənardan təşəbbüs göstərməyə hazır olduqlarını tez-tez təkrarlayırlar. Amma Azərbaycanın mövqei dəyişməz olapraq qalır. Ermənistan isə hər üç tərəfin prosesə cəlb edilməsində maraqlı görünür.
Bu komissiyanın nə işlə məşğul olacağı Rusiya üçüň də aydın deyil, ona görə də Overçuk bu açıqlamada bilunur. Amma ikitərəfli komissiya məhsuldar işləyir, ortada nəticələr var, delimitasiya və 12 km sərhəd boyunca demokratiya işləri aparılıb. Proses davam edir, Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarılıb. İkitərəfli görüş nəticəsində prosesdə yeni mərhələ müəyyənləşdirildi.
Rusiya prosesdə formal şəkildə qaldığını anlayır və ümid edir ki, hansısa mərhələdə məsələyə müdaxilə etmək imkanları olacaq. Ümumiyyətlə, dünyada belə bir tendensiya var ki, yaradılan hər hansı qurumun ləğvinə tələsmirlər, məqam gözləyirlər. Məsələn, ATƏT-in Minsk qrupunun missiyadı artıq yoxdur, amna hələ də bu qurum "yaşayır". Guya ləğv edilmə mexanizmi tapa bilmirlər. Ermənistan isə bu qurumla bağlı monipulyasiyalar edir.
Bu üçtərəfli komissiya da onun kimidir. Orada Minsk qrupunun ləğvində Qərb və Amerika maraqlı deyil, burada isə Rusiya... Adını da qoyurlar ki, ləğvetmə mexanizmi tapa bilmirik. Əlbəttə, bu qurumları yaradan dövlətlər onun ləğvi barədə qərar qəbul edə bilər. Sadəcə onlar buna maraqlı deyillər, ümid edirlər ki, nə vaxtsa lazım olar. Bu qurumların birtərəfli qaydada ləğvi isə başqa problemlər yarada bilər. Çünki bundan kimlərsə narazı qalacaq və həmin narazı qüvvələrdən maraqlı tərəflər istifadə edəcək, onda yenə kimlərsə qarşıdurmaya gedəcək. Məsələn, Azərbaycan üçtərəfli komissiyasının ləğv edildiyini elan etsə, Rusiya bundan narazı qalacaq, gərginlik artacaq və kimlərsə bundan istifadə edəcək. Ona görə də Azərbaycan bunu etmir və öz işindədir. Hazırda komissiyasının birtərəfli qaydada ləğvi Azərbaycana lazım da deyil. O rudiment qurumdur, ona toxunub problem yaratmağa dəyməz. Bu düzgün yanaşmadır. De-fakto o komissiya yoxdur, zamanla o de-yure də tarixin səhnəzini tərk edəcək".
Dəniz NƏSİRLİ