AZ

"Bakı-Sumqayıt yoluna alternativ yolun çəkilməsi üçün layihə irəli sürmüşəm" - EKSPERT FİKRİ

"Prezident İlham Əliyevin Sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə çox aktual mövzular gündəmə gəldi". Bunu SİA-ya nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, zaman-zaman kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə tıxacla bağlı süjetləri görürük. Bunun dövlət başçısı tərəfindən səsləndirilməsi konkret olaraq dövlət nəzarətinin gücləndirilməsinə dəlalət etdi: "Burada əsas predment ondan ibarətdir ki, infrastruktur təbii artımla eyni məcrada gediləcək. Çünki yeni yolların salınması, şəhər daxili magistral yolların inşa olunması bu aspektdən xəbər verir. 2000-ci illərin əvvəllərində bu mövzu gündəmə gəlib. İndi isə yenidən ən çox danışılan mövzulardan birinə çevirilib. Çünki 2005-ci ildən etibarən Bakı şəhərinin müxtəlif küçə və prospektlərində yeraltı və yerüstü keçidin inşası başladıldı. Bu proses 5 il müddətinə həyata keçirildi. Sondakı mərhələlərdə isə bu daha böyük layihələrə gətirib çıxardı. Hətta yükmaşınlarının gediş-gəlişinin asanlaşdırılması üçün yolların genişləndirilməsi də buna nümunədir. Misal olaraq Xırdalan və Masazır dairəsi, Ziya Bünyadov, Babək prospekt və s. bunların hamısı görülən işlərdir. Bu günlərdə isə şəhər yüklənmələri çox olduğu üçün çıxış yolu tapılmalıdır. Buna görə də çıxış yolu tapmaq üçün müxtəlif layihələrin icrasına başlanılmalıdır. Cənab Prezidentin xüsusi fikri mənim üçün doğma oldu. İctimaiyyətin xüsusilə də xəstələrin fikrinin öyrənilməsini zəruri hesab edir. Bu nöqteyi-nəzərdən 2021-ci ilin fevralın 17-də Bakı-Sumqayıt yoluna yeni alternativ yolun çəkilməsi ilə bağlı mənim layihəmin təqimat keçirildi. Burada KİV nümayəndələri də iştirak edirdi. Sevindirici hal olar ki, bu layihə reallaşdırılar. Bu da hərəkət axınını rahatlaşdıra bilər. Məndə bir ekspert kimi xalqıma, Vətənimə öz töhfəmi vermiş olaram".

Seçilən
1
30
sia.az

10Mənbələr