AZ

Aİ casuslarının növbəti SƏRGÜZƏŞTLƏRİ – “Qərb Ermənistanı yeni müharibəyə SÜRÜKLƏYİR”

Avropa İttifaqı (Aİ) dünən ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasını təsdiqləyib. Bundan əlavə, onların hərbi nümayəndəlik formasında fəaliyyət göstərəcəkləri qeyd olunur. Bu isə o deməkdir ki, Aİ-nin müşahidə missiyası daha iki il müddətinə Ermənistan sərhədindən Azərbaycana tərəfə binoklla baxmaqda davam edəcək.

Deməli, mövcud vəziyyətdə Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təxribatlar qaçılmaz olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ casusları kəşfiyyatçılığa DAVAM EDİR – Bütün addımlarınızı İZLƏYİRİK – VİDEO


Artıq iki ildən artıq fəaliyyət göstərən sözügedən müşahidə missiyasının ötən dövrdəki fəaliyyəti göstərdi ki, onlar heç də sərhəddə sabitlik və sakitliyin təmin edilməsi qayğısına qalmırlar. Əksinə, onların müşahidə apardığı dövrdə belə Azərbaycana qarşı erməni təxribatları davam edib. Deməli, anoloji vəziyyət Aİ missiyasının fəaliyyət müddətinin artırılmasına rəğmən yenə də davam edəcək. Bu isə tərəflər arasında sülhün əldə edilməsi ehtimalını da istəs-istəməz aşağı salır. Proses onu göstərir ki, Aİ mssiyası da əslində sülhdə maraqlı deyil.

Yeni təxribatlar gözlənilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Aİ müşahidə missiyasının müddətini artırmaqla Ermənistanı növbəti təxribatlara əl atmaqla yeni bir müharibəyə sürükləyir:

“Əslində Ermənistan tərəfindən ölkəmizə qarşı təxribatlar hər zaman olub. Düzdür, Azərbaycan bu təxribatların qarşısını hər zaman layiqincə alıb və növbəti təxribatlar baş versə, onun da qarşısı birmənalı olaraq alınacaq. Avropa Birliyinin Ermənistandakı missiyasının müddətinin artırılması əslində Fransa və erməni diasporunun oynadığı oyunun davamıdır. Onlar Azərbaycana qarşı böhtan və iftira kampaniyası aparırlar.

Bu addımlar Ermənistan və onun havadarlarının yenidən revanşizmə başlamaq, hərbi təxribatları müharibəyə çevirmək cəhdlərinin tərkib hissəsidir. Ona görə də onlar regionda yeni faciə yaratmaqda maraqlıdırlar. Ermənsitan və onun Qərbdəki havadarlarına faciə lazımdır”.

Göründüyü kimi, Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün hərəkətə keçiblər. Onların erməni qardaşları isə həmin casuslara güvənərək revanş eşqinə düşüblər. Ancaq bunlar hamısı əbəsdir. Çünki ordumuz onların bütün addımlarını izləyir...

Rüfət Sultan, Bizim.Media

Seçilən
1
21
bizim.media

10Mənbələr