AZ

MTX-dən İrəvanın mərkəzində oxunan “Qarabağ” açıqlaması - Video

İrəvanın mərkəzində, Respublika meydanında “Qarabağ” mahnısını ifa edən şəxslər İran vətəndaşlarıdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, sözügedən İran vətəndaşları 2024-cü ilin 30 dekabrından 2025-ci ilin 3 yanvarına qədər İrəvanda olublar.

Xatırladaq ki, sosial şəbəkələrdə İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edilməsini əks etdirən mahnının videosunun yayılması Ermənistanda müzakirələrə və panikaya səbəb olub.

Seçilən
3
34
axar.az

10Mənbələr