AZ

İrəvanda “Qarabağ” mahnısı oxuyan azərbaycanlılar olub: Adları açıqlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın Respublika meydanında bir qrup şəxsin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını oxuması ilə bağlı rəsmi məlumat yayıb. 

Qeyd edək ki, “News.am” xəbər portalı bu hadisəni “bir qrup əcnəbi tərəfindən həyata keçirilən təxribat” adlandırıb. Həmin şəxslərin azərbaycanlı olması isə erməniləri daha da qəzəbləndirib. 

Xatırladaq ki, yanvarın 30-da axşam saatlarında internetdə bir qrup kişinin meydanda daha çox “Anadır arzulara hər zaman Qarabağ” kimi tanınan mahnını yüksək səslə oxumasını əks etdirən video yayılıb. Videonun altındakı yazılarda onların azərbaycanlı olduqları bildirilir. Həmin şəxslər Ermənistana turist kimi səfər edən Güney Azərbaycan türkləri olub. 

Onlardan adları da açıqlanıb-Milad Kənrəmanifşar, Behzad Qafari Şabanlu, Mehdi Məhəmmədi, Həmid Əzizi Maliki, Nadir Qafari. 

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, həmin şəxslərin iranlı olduğunu və yayılan məlumatın etibarsız və yoxlanılmamış olduğunu bildirib. 

“Yanvarın 30-da axşam saatlarında internetdə geniş yayılmış və əks-sədaya səbəb olmuş video ilə bağlı aydınlıq gətiririk ki, videoda təsvir olunan şəxslər əslində, İran İslam Respublikasının vətəndaşlarıdır. Adıçəkilən şəxslər 2024-cü il dekabrın 30-dan bu il yanvarın 3-dək Ermənistan Respublikasında olublar. 

Milli Təhlükəsizlik Xidməti insanları etibarsız, yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırır”-deyə MTX-nin açıqlamasında bildirilir. 

Seçilən
1
34
cebheinfo.az

10Mənbələr