Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videoda görünən şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.
GünazTV xəbər verir ki, kadrları Ermənistanın bir sıra "Telegram" kanalları yayıb. Ermənilər baş verənlərlə bağlı təəccüb və hiddətlərini bildiriblər. Onlar İrəvan polisini fəaliyyətsizlikdə günahlandırıblar. Ermənilər onları “Azərbaycan kəşfiyyatçıları” adlandırsalar da, həmin şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti görüntülərlə bağlı məlumat paylaşıb. “Görüntülərdəki şəxslər 2024-cü il dekabrın 30-dan 2025-ci ilin yanvarın 3-dək Ermənistanda olublar”, - məlumatda deyilir.
visiontv.az