Zəngəzur dəhlizinin açılması ərəfəsində Fransa Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Karlton universitetində araşdırmaçı Robert Katler " Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib.
"2020-ci ilə qədər Fransa ATƏT-in həmsədrləri qismində çıxış edirdi. Lakin 2020-ci ildəki müharibə Ermənistanın kövrəkliyini sübut etdi. Həmin periodda Rusiyanın da Cənubi Qafqazda rolu azalmaqda idi. Bundan istifadə etməyə çalışan Fransa regiondakı məhdud rolunu gücləndirməyə çalışır"- araşdırmaçı bildirib.
Müəllif: Ceyhun Ağazadə