AZ

Fransa Avropa ölkələrini Azərbaycana kömək etməməyə çağırır - Asim Mollazadə

Fransa hökumətində korrupsiya artıb və bu, təkcə Fransa üçün deyil, bütövlükdə Avropa üçün böyük bir problemə çevrilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Asim Mollazadə "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, korrupsiya siyasi sistemə olan inamı sarsıdır, iqtisadiyyata mənfi təsir göstərir və sosial narazılıqları artırır, o cümlədən hökumətlərin şəffaflığına və hesabatlılığına ciddi təhdid yaradır.

"Fransa Avropa ölkələrinə təzyiq göstərərək, Azərbaycana kömək etməməyə çağırır. Lakin Fransa anlamalıdır ki, Ermənistanda insanlara ən çox lazım olan şey sülhdür. Münaqişənin davam etməsi regionda sabitliyə və inkişaf perspektivlərinə mane olur. Sülhün bərqərar olması həm Ermənistan, həm Azərbaycan, həm də bütün Cənubi Qafqaz üçün vacibdir", - Asim Mollazadə diqqətə çatdırıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
32
50
teleqraf.com

10Mənbələr