Erməni diasporunun güclənməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər korlanmağa başladı. Trend xəbər verir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında “Conflicts” jurnalının direktoru Gil Mihaeli deyib.
Mihaeli vurğulayıb ki, Azərbaycanın Qərblə əlaqələrinin möhkəmlənməsi üçün əsas vasitələrdən biri, əlbəttə ki, enerjidir.
"1990-cı ildə Azərbaycan və Fransa arasında münasibətlər müqavilənin təsisçilərindən birinə çevrilmiş Total şirkətinin iştirakı sayəsində mühüm irəliləyiş əldə etdi. TotalEnergies ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda Fransız Liseyi açılıb və Azərbaycan mədəniyyəti, xüsusən də opera sənəti xüsusilə son onilliklərdə geniş tanınıb", - o bildirib.
O qeyd edib ki, daha sonra erməni diasporu öz mövqelərini gücləndirib və bu, onlara öz gündəmlərini irəli aparmağa imkan verib.
"1990-cı illərdən sonra erməni diasporu Fransa siyasətçiləri ilə əlaqələri gücləndirərək siyasi və sosial sahədə öz gündəmini fəal şəkildə təbliğ etməyə başladı. Lobbi qrupları gücləndi, geosiyasi vəziyyət daha da pisləşdi", - o bildirib.