28 yanvar tarixində Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş müşavirədə çıxış edən prezident İlham Əliyev Bakı şəhərində günü gündən artan tıxac problemi və onun həlli yolları, nəqliyyat sektorunda həyata keçirilən uğurlu layihələrdən bəhs edərək bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb. Lakin böyük infrastruktur layihələr həyata keçirilsə də yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Bunun təbii səbəbləri var. Son 30 ildə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta ötüb. Əvvəlki illərdə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.
Tıxacın qarşısını almaq məqsıdilə həyata keçirilən uğurlu layihələrdən bəhs edən cənab İlham Əliyev bildirdi ki, son 15 il ərzində Bakı şəhərində böyük layihələr icra edildi, yeni metrostansiyalar istifadyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq.
Yalnız Bakı şəhəri deyil bütün ölkədə yol infrastrukturunun yenilənməsindən danışan prezident qeyd etdi ki, son 20 ildə biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq.
Daha sonra o da qeyd olundu ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə biz coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.
Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib.
O da qeyd olunmalıdır ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər.
Cənab Prezidentin çoxşaxəli çıxışından o da aydın oldu ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı o cümlədən yeni Dəniz Ticarət Limanı inşa edilib, 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulub.
Azad edilmiş ərazilərdə görülən işlər haqqında məlumat verən prezident İlham Əliyev bildirdi ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun isə 94 faizi inşa edilib.
Görülən işlərin hələ də davam etdirildiyinə diqqətə çatdlran Prezident İlham Əliyev bildirdi ki, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək.
İnanırıq ki, bu müşavirə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına öz yeni töhfələrini verəcək.
Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini