AZ

Azərbaycan yığma komandası ilk matçında məğlub oldu

  17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

Referans.az xəbər verir ki. B Liqasının 6-cı qrupunda yer alan milli Albaniya yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.  

Seçilən
22
3
referans.az

10Mənbələr