AZ

Millimiz məğlubiyyətlə başladı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ilk oyununu keçirib.

Demokrat.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

Seçilən
20
9
demokrat.az

10Mənbələr