AZ

Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin baş məşqçisi olduğu millimiz Albaniya yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

Seçilən
18
9
football-plus.az

10Mənbələr